Dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmisinin "Körpü/Radio və Naviqasiya" zalı + FOTO
Dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmisinin ən maraqlı məkanlarından biri də "Körpü/Radio və Naviqasiya" zalıdır. Burada tankerin idarə edilməsi üçün vacib postlardan olan kapitan körpüsü, naviqasiya və radio otaqları illər öncəki orjinal vəziyyətinə uyğun rekonstruksiya edilib və autentikliyi qorunub saxlanılıb.
Məlumat üçün bildirək ki, “Suraxanı” gəmisi “üç adalı” tanker tiplərinə aiddir və üzənvasitənin idarə olunması məhz sözügedən zalın ərazisindən həyata keçirilirdi. Ekspozisiyanın "Körpü/Radio və Naviqasiya" zalında XX əsrin ortalarına aid maraqlı naviqasiya, kommunikasiya avadanlıqlar və cihazlarla tanış olmaq mümkündür.
Ölkəmizdə həmdə ilk texniki muzey olan “Suraxanı” tankerini ziyarət etməklə Gəmiçilik sahəsinin incəlikləri ilə yaxından tanış olmaq fürsəti əldə edəcəksiniz.