ELAN - “Suraxanı” gəmi-muzeyi texniki işlərin görülməsi ilə əlaqədar 4-6 fevral tarixlərində fəaliyyət göstərməyəcək.

“Suraxanı” gəmi-muzeyi texniki işlərin görülməsi ilə əlaqədar 4-6 fevral tarixlərində fəaliyyət göstərməyəcək.  7-8 fevral tarixləri isə (bazar ertəsi, çərşənbə axşamı) muzey üçün qeyri-iş günü sayıldığından  fəaliyyətimizi 9 fevraldan ənənəvi qrafiklə davam etdirəcəyik.

 

Bununla əlaqədar bildiririk ki, öncədən online qaydada alınmış biletlərdən ziyarətçilərimiz 9 fevraldan sonra da istifadə edə biləcəklər.

 

Qeyd edək ki, texniki profilaktika işləri “Suraxanı” gəmi-muzeyinin restoranına aid deyil. Restoran xidmətlərindən qeyd edilən günlərdə də istifadə edə bilərsiniz.

 

Anlayışınıza görə hər birinizə təşəkkürümüzü bildiririk.

 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.