Neftin tankerlərə doldurulması əməliyyatı gəmi-muzeyin “Neftin doldurulması” oyununda

Dənizlə daşınan yüklərin təxminən yarısını neft və neft məhsulları təşkil edir. Qara qızılın dənizlə daşınması zamanı neft tankerləri adlanan ticarət gəmilərindən istifadə edilir.

Tankerlər ildə təxminən 2 milyard ton neft daşıyırlar. Neftin tankerlərlə daşınması ucuz başa gəldiyindən kifayət qədər səmərəli sayılır. Neft və neft məhsulları tankerlərə limanlarda yerləşən, məhsuldarlığı saatda bir neçə min tona çatan güclü nasoslar vasitəsilə vurulur. Havanın temperaturu aşağı olduqda  yükləmə-boşaltma əməliyyatını  asanlaşdırmaq üçün neft qızdırılır. Bunun üçün tanklardan keçən borulara buxar vurulur. Neft yanar maye olduğundan tankerlərdə yüksək təhlükəsizlik qaydaları tətbiq edilir.

Hazırda tankerlər yükqaldırma gücünə görə aşağıdakı siniflərə bölünür:

VLCC (Very Large Crude Carrier) 2 milyon barel neft daşıya bilən, yükgötürmə qabiliyyəti 300 min ton olan tankerlər. Belə gəmilərin sayı 600-dən çoxdur.

«Suesmaks» – 1 milyon barel neft daşıya bilən, yükgötürmə qabiliyyəti 150 min ton olan tankerlər. Onların sayı 500-ə yaxındır.

«Aframaks» – 500-700 min  barel neft daşıya bilən, yükgötürmə qabiliyyəti       95-110 min ton olan tankerlər. Onların sayı 900-dür.

«Panamaks» – Ölçüləri Panama kanalını keçməyə imkan verən, yükgötürmə qabiliyyəti 60-80 min ton olan tankerlər. Onların sayı 3400-dən çoxdur.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasında Xəzər və onun hüdudlarından kənarda da iri tonnajlı tankerlər istismar edilir. Azərbaycan artıq tankerləri istehsal edən ölkəyə çevrilib və bu gün ASCO-nun balansında ölkəmizdə tikilən neftdaşıyan tankerlər uğurla istismar olunur.

ASCO-nun “Suraxanı” tanker-muzeyinin “Yük və yükdaşıma” zalında yaradılan “Neftin doldurulması” interaktiv oyunu vasitəsi ilə, Siz yuxarıda qeyd olunan bilgilərdən istifadə edib neftin yüklənməsi əməliyyatını özünüz icra edə biləcəksiniz.

Unikal oyundan istifadə isə muzeyin giriş biletinə daxildir.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.