BAROQRAF
- İstehsal ərazisi: Fransa, Paris.
- İstehsal tarixi: 1900-cü il.
- Material: Qırmızı ağac, miss və şüşə.
- Ölçüləri: 13 sm x 17,5 sm x 10 sm.
- Təyinatı: Atmosfer təzyiqini ölçən və qeyd edən cihaz. Alət vasitəsi ilə metereoloji tendensiyalar araşıdırlır.
- Təsviri: Eksponatın gövdəsi qırmızı ağacdan, mexaniki hissələri isə misdən hazırlanıb. Alətin üzərində «BREVETES SGDG RF Paris» imzası mövcuddur. Eksponat işlək vəziyyətdədir və komplektinə açar, bənövşəyi mürəkkəb və qrafik kağız daxildir. Alət “Suraxanı” gəmi-muzeyin “Naviqasiya və Kommunikasiya” zalında sərgilənir.