DƏNİZ XRONOMETRİ
- Eksponatın adı: Dəniz xronometri
- İstehsal ərazisi: İngiltərə
- İstehsal tarixi: 1860-cı il
- Material: Qırmızı ağac, mis
- Təyinatı: Gəmidə Qrinviç vaxtını dəqiq təyin etmək üçün istifadə olunan saat.
- Təsviri: Xronometr tanınmış ingilis saatsazı, “kral astranomu” və mühəndis Edvard Con Dent (1790-1853) tərəfindən hazırlanıb. Saat qırmızı ağacdan hazırlanan qutunun içərisində yerləşdirilib. İşlək vəziyyətdə olan alətin komplektinə açar daxildir. Eksponat “Suraxanı” gəmi-muzeyin “Naviqasiya və Kommunikasiya” zalında sərgilənir.
- Seriya № : 2412