DİAFON
- Eksponatın adı: Duman qornu - diafon
- İstehsal ərazisi: İngiltərə, Norveç.
- İstehsal tarixi: XIX əsrin sonları XX əsrin əvvəlləri.
- Material: Şam ağacı, dəri, latun və mis detalları mövcuddur.
- Təyinatı: Gəmidə müxtəlif təyinatlı siqnalların verilməsi üçün istifadə olunan alət. Diafondan gəmilərin yaxın məsafədən bir biri ilə xəbərləşmək və işarə vermək məqsədi ilə, o cümlədən təhlükəli obyektlər (sualtı qayalar, dayaz ərazilər və s.) haqqında informasiyanın verilməsində istifadə olunurdu.
- Təsviri: Eksponat siqnal borusundan, dəstəkdən və taxta gövdədən ibarətdir. Komplektə ingilis və fransız dllərində istifadə qaydaları daxildir. Duman diafonun dəstəyini hərəkətə gətirməklə müxtəlif tipli siqnalların verilməsi mümkündür. Eksponatın aşınması üçün üzərində dəridən tutacaq da yerləşdirilib. Diafon işlək vəziyyətdədir. Üzərində istehsalçının imzası mövcud deyil. Eksponat “Suraxanı” gəmi-muzeyin “Naviqasiya və Kommunikasiya” zalında sərgilənir.