MEXANİKİ SPİDOMETR
- Eksponatın adı: Mexaniki spidometr - harpun
- İstehsal ərazisi: Birminhem, İngiltərə
- İstehsal tarixi: 1862-1863-cü illər
- Materialı: Metal, taxta qutu ilə.
- Ölçüləri: 54 x13x13 sm
- Təyinatı: Gəmilərin qət etdiyi məsafəsini avtomatik olaraq qeydə alan mexaniki qurğu. Harpun (Harpoonlog A) gəminin arxasınca hərəkət etdikçə qeydiyyatçı da paralel olaraq fırlanır. Qurğunun dövrləri harpunun üzərində ki, siferblatda milə çevrilir. Beləliklə gəminin sürəti müəyyən edilir.
- Təsviri: Spidometr İngiltərənin “Thomas Walker and Son” şirkəti tərəfindən hazırlanıb. Üzərində “TW” (İstehsalçı: Tomas Uolker) imzası mövcuddur. Qeyd edək ki, mexaniki gəmi spidometri ilk dəfə olaraq Edvard Massi tərəfindən 1802-ci ildə ixtira olunub. Eksponatın üzərində 3 ədəd siferblat mövcuddur ki, onlardan birincisi 100 mil, ikincisi 10 mil, üçüncüsü isə milin ¼ hissəsini qeydə alır. Harpunun üzərində 5 ədəd metal fırlanğıc mövcuddur. Qurğunun üzərində əks olunmuş 3380 saylı seriya nömrəsi onun 1862-1863-cü illərdə istehsal olunduğunu bildirir. "A1" işarəsi isə yüksək keyfiyyətli məhsulun nişanıdır. Eksponat fıstıq ağacından hazırlanmış qutuda “Suraxanı” gəmi-muzeyin “Naviqasiya və Kommunikaiya” zalında sərgilənir.