DEVİS KVADRANTI
- Eksponatın adı: Devis kvadrantı
- İstehsal ərazisi: Hollandiya
- İstehsal tarixi: 1740-cı il
- Mateial: Fil sümüyü, dəmir ağacı, armud ağacı, dəmir və mis.
- Ölçüləri: 36,5 x 63,5 sm
- Təyinatı: Göy cisimlərinin dənizdəki hündürlüyünü müəyyən edən qurğu.
- Təsviri: 1595-ci ildə tanınmış ingilis səyyahı və alimi naviqasiya qurğusu olan kvadrantı ixtira edir və bu alət XVIII əsrin sonuna qədər dəniz naviqasiyasında geniş istifadə olunur. “Suraxanı” gəmi-muzeyində sərgilənən Devis Kvadrantı günümüzə gəlib çatan 2 kvadrantdan biridir. Digəri Qrinviçdə Milli Dəniz Muzeyindədir. Eksponat içərisində fil sümüyündən hazırlanmış daxili mozaika, ulduzlar və kral zambağı ilə bəzədilib. Alətin özü isə dəmir ağacından hazırlanıb. Qövslər, bənd və qanadlar isə armud ağacındandır. Eksponat tanker-muzeyin “Naviqasiya və Kommunikasiya” zalında sərgilənir.