Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin uşaqlarının "Suraxanı" gəmi-muzeyinə ekskursiyası təşkil edilib

Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin uşaqları üçün dünyanın ilk tanker-muzeyi olan ASCO-nun “Suraxanı” gəmisinə ekskursiya təşkil edilib.

Bələdçilərin müşaiyəti ilə uşaqlar tanker-muzeyin zallarını gəzib, gəmiçiliyə aid eksponatlarla yaxından tanış olublar. Onlar muzeydəki oyun manipulyatorlarından istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər. Həmçinin, qonaqlar virtual reallıq eynəkləri vasitəsi ilə tanker muzeyin maşın şöbəsi ilə əyani tanış olublar.

“Qarabağ Azərbaycandır” adlı interaktiv isə Mərkəzin balaca üzvlərində qürur və fəxr hissi yaradıb.

Ekskursiyadan sonra gəmi-muzeyin restoranında çay süfrəsinə qonaq olan uşaqlar üçün əyləncə proqramı təşkil edilib. Bundan başqa, onlara “Suraxanı” gəmi-muzeyinin xüsusi hədiyyələri təqdim olunub.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.