21 fevral Beynəlxalq Turizm Bələdçiləri Günüdür - FOTO
Ekskursiya xidmətinin keyfiyyəti ilk növbədə bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsi, peşə bilikləri, təcrübəsi ilə müəyyən olunur. ASCO-nun “Suraxanı” gəmi-muzeyinin bələdçiləri bu baxımdan bir çox üstün keyfiyyətlərə malikdir.
“Suraxanı” gəmi-muzeyinin bələdçilərinin peşə bacarıqlarının artırılması, inkişafı istiqamətində isə görülən tədbirlər mütəmadi xarakter daşıyır. Bu məqsədlə onlar üçün müxtəlif təlim və kurslar təşkil olunur. Bələdçilərimizin həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparması üçün imkanlar yaradılır. Həmçinin, onlar bələdçi fəaliyyəti ilə bağlı yenilikləri izləyir, dünya standartlarına uyğun çalışırlar.
Məhz, bunun nəticəsidir ki, “Suraxanı” gəmi-muzeyinin öz işini mükəmməl bilən ixtisaslı ekskursiya bələdçiləri ziyarətçilərə peşəkar xidmət göstərirlər.
Qeyd edək ki, gəmi-muzeyin bələdçiləri indiyədək 35 mindən çox ziyarətçiyə xidmət göstəriblər.
Beynəlxalq Turizm Bələdçiləri Günü münasibətilə “Suraxanı” gəmi-muzeyinin bələdçilərini təbrik edir, onlara uğurlu fəaliyyətlərinə görə təşəkkürümüzü bildirir və işlərində uğurlar arzulayırıq.