"Yükdaşıma" zalı

Zalda yük gəmilərinin təyinatı, konteynerlərin daşınmasının xüsusiyyətləri barədə məlumat əldə etmək olar. Ziyarətçilər modeldən istifadə edərək konteynerin yükləmə-boşaltma əməliyyatını həyata keçirə, dünyanın  ən böyük konteynerdaşıyan  gəmisi  -   "OOCL Hong Kong"un modeli ilə tanış ola bilərlər. Burada müasir Ələt limanının tikintisi  mərhələli şəkildə əks etdirilib. “Neft divarı” instalyasiyasında Abşeronda neft hasilatının tarixi, interaktiv eksponat vasitəsilə isə neftin tankerə yüklənməsi-boşaldılması əməliyyatının müxtəlif üsulları ilə tanış ola bilərsiniz.   

 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.