"Naviqasiya və kommunikasiya" zalı

Bu zalda ziyarətçilər naviqasiya və kommunikasiya vasitələri ilə, həmçinin  üç məşhur dəniz mayakının  modelləri ilə tanış olmaq, "Morze" əlifbasından istifadə etməklə bir-birinə məlumat ötürmək  imkanı qazanacaqlar.  Burada naviqasiya alətləri olan sadə kompas və üstürlabdan tutmuş, müasir ötürücülərə, radarlara və istiqamətləndiricilərə  qədər müxtəlif texniki vasitələr nümayiş etdirilir. Zalda ziyarətçiləri unikal interaktiv oyunlardan istifadə etmə fürsəti gözləyir.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.