"Dəyərlərdə həmrəylik, inkişafa sadiqlik" zalı

Bu zalda  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik şanlı tarixinə ekskurs etmək imkanı olacaq. 

Burada həmçinin 20 yanvar 1990-cı il hadisələri zamanı dənizçilərin göstərdiyi qəhrəmanlıq nümunəsi ziyarətçilərin diqqətinə çatdırılır. Zalda Ümummilli lider  Heydər Əliyevin Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi xidmətləri əks etdirən materiallar da yer alıb. Ziyarətçilər burada 44 günlük Vətən Müharibəsinə həsr olunmuş,eləcədə "Prezident İlham Əliyev və Gəmiçilik siyasəti" adlı interaktivlərlə də tanış ola biləcəklər. 

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.