Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) bələdçi tələbələri üçün ASCO-nun “Suraxanı” gəmi-muzeyinə növbəti dəfə məlumat turu təşkil olunub.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) bələdçi tələbələri üçün ASCO-nun “Suraxanı” gəmi-muzeyinə növbəti dəfə məlumat turu təşkil olunub.

Dünyada ilk tanker muzeyi olan bu gəmini ziyarət edən tələbələr Xəzərin və ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olublar.

Muzey əməkdaşları burada tətbiq olunan innovativ yeniliklər barədə qonaqlara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

ATBA-nın tələbələri “COP29” tədbirlərinə hazırlıq ərəfəsində onlara bələdçilik üzrə biliklərini təkmilləşdirməkdə köməklik göstərən “Suraxanı” gəmi-muzeyinin əməkdaşlarına təşəkkür ediblər.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.