Azərbaycan International Robotics Olympiad – AIRO 2025 çərçivəsində ASCO-nun “Suraxanı” gəmi-muzeyində möhtəşəm qala gecəsi keçirilib.
Azərbaycan International Robotics Olympiad – AIRO 2025 çərçivəsində ASCO-nun “Suraxanı” gəmi-muzeyində möhtəşəm qala gecəsi keçirilib.
Tədbiri Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyəti sədrinin müavini Zaur Nağıyev açıq elan edib.
Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimli, Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin şöbə müdiri Hafiz Tofidi və AIRO-nun baş koordinatoru İmamir Mirzoyeva çıxış edərək texnologiya sahəsində bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Tədbir zamanı layihəyə dəstək verən tərəfdaş və partnyorlara təşəkkürnamələr təqdim olunub.
Gecədə beynəlxalq müsabiqələr laureatı, gənc balaban ifaçısı Anar Vəlizadənin çıxışı iştirakçılara xüsusi zövq bəxş edib.
Qonaqlar “Suraxanı” gəmi-muzeyi ilə yanaşı, AzeRobot Education ilə birgə yaradılmış robototexnika laboratoriyası ilə də tanış olublar.
AIRO 2025 çərçivəsində 10–11 may tarixlərində ADA Universitetində keçiriləcək ölkə çempionatının qalibləri dekabr ayında Yaponiyada baş tutacaq All Japan Robo-Sumo Tournament-in Grand Final mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələdə Azərbaycan Dövlət Dəniz Akademiyasının “ASCO Techno” komandası da yer alır.
AIRO 2025 layihəsi Gənclər və İdman Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin dəstəyi və AzeRobot Education-un təşkilatçılığı ilə həyata keçirilir.