BƏƏ-nin Dubay şəhərində keçirilən “ICOM 2025” Beynəlxalq Konfransı muzey sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirib.
BƏƏ-nin Dubay şəhərində keçirilən “ICOM 2025” Beynəlxalq Konfransı muzey sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirib. Tədbir muzey sektorunda qlobal tendensiyaların və yeni çağırışların müzakirə olunduğu ən böyük platformalardan biridir.
Konfransın builki mövzusu “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi”dir.
Azərbaycan nümayəndə heyəti də konfransda iştirak edir. “Suraxanı” gəmi-muzeyini tədbirdə müəssisənin direktoru Tural İbrahimov təmsil edir.
Muzeyin “Xəzərin irsi” layihəsi ICOM-un “Muzeylərdə Dayanıqlı İnkişaf Təcrübəsi” mükafatı üzrə uzun siyahıya daxil edilib. 124 ölkə arasında Azərbaycanı təmsil edən yeganə layihə məhz bu layihədir.
Layihə 2023-cü ildə “Heydər Əliyev İli” və ASCO-nun 165 illik yubileyi çərçivəsində sərgi kimi təqdim olunub və sonradan “Art Plast” ekoloji təşəbbüsü ilə genişləndirilib.