Dünyanın ilk tanker-muzeyi 35000-dən çox qonaq ziyarət edib
Dünyada ilk tanker-muzeyi olan "Suraxanı" gəmisini 35000-dən artıq yerli və xarici qonaq ziyarət edib.
Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi isə yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır.
“Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır.
Ünvanımız: Bakı Bulvarı, Bayıl, Su idmanı sarayının yanı
E-bilet: www.surakhanishipmuseum.az