“Suraxanı” gəmi-muzeyində şəhid və qazi övladları, həmçinin fiziki məhdudiyyətli uşaqlar üçün tədbir təşkil olunub
2 Fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, GÜVƏN Xeyriyyə və Dostluq Cəmiyyəti və “Suraxanı” Gəmi-Muzeyin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları, fiziki məhdudiyyətli yeniyetmə və gənclər, həmçinin İdarənin kollektivinin iştirakı ilə “Suraxanı” Gəmi-Muzeyə ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində iştirakçılar “Suraxanı” Gəmi-Muzeylə yaxından tanış olub.
Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən Muzey tarixi eksponatlarla zəngindir. Muzeyin zallarında tətbiq olunan ən müasir texnoloji həllər nümayiş olunur. Maraqlı ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir.
Həmçinin İkinci Dünya müharibəsi illərində, eləcə də 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin yer alan qəhrəmanlıq salnaməsi, Ulu öndər Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafında göstərdiyi xidmətlər haqqında interaktiv kitab, Prezident cənab İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor iştirakçılara təqdim edilib.