“Suraxanı” gəmi-muzeyini artıq 360 dərəcəlik virtual tur vasitəsilə kəşf etmək mümkündür

Dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyi rəqəmsallaşma və əlçatanlıq prinsiplərini rəhbər tutaraq yeni layihə həyata keçirib. Artıq ziyarətçilər muzeyin rəsmi internet səhifəsi (surakhanishipmuseum.az) vasitəsilə ekspozisiya zallarını 360 dərəcəlik virtual turla kəşf edə bilərlər.

Rəqəmsal həll ziyarətçiyə real tur təəssüratı bağışlayır və dənizçilik tariximizi dərindən araşdırmağa, o cümlədən interaktiv və informativ panellər, unikal eksponatlar və maketlərlə yaxından tanış olmağa imkan verir.

Bu yenilik muzeyin rəqəmsal inkişaf strategiyasının tərkib hissəsi olmaqla yanaşı, inklüziv muzey siyasətinə mühüm töhfə verir. Virtual tur fiziki məhdudiyyətləri olan şəxslər, habelə muzeyi canlı ziyarət edə bilməyən xarici və yerli turistlər üçün maneəsiz mühit yaradır.

Muzeyi BURADAN virtual formatda ziyarət edə bilərsiniz.

BİZİ İZLƏYİN

Bizə abunə olun və "Suraxanı" gəmi-muzeyinə aid olan yeni layihələr və xəbərlər haqqında qısa vaxtda xəbərdar olun.